- Transfer
- 19:57 01.03.2025
"Arsenal"ın hücumçusu Leandro Trossard başqa kluba keçə bilər.
90deqiqe.Az "Mirror"a istinadən xəbər verir ki, "topçular" bu yay "Nyukasl"ın hücumçusu Alexander Isakı transfer etməyi planlaşdırır. London komandasının bu sövdələşməni reallaşdırmaq üçün hücumçularından birini satması lazım olduğu bildirilsə də, Trossardın transferinə müsbət baxıla biləcəyi bildirilib. Trossardla Səudiyyə Ərəbistanı klublarının da maraqlandığı bildirilir.
Bu mövsüm Trossard İngiltərə Premyer Liqasında 27 oyun keçirib, dörd qol vurub və komanda yoldaşlarına beş məhsuldar ötürmə edib. Hücumçu Çempionlar Liqasının 8 oyununda da bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun "topçular"la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.