- Transfer
- 19:57 01.03.2025
"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund karyerasını İtaliya çempionatında davam etdirə bilər.
90deqiqe.Az "TuttoJuve"yə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Yuventus"un diqqətini çəkib. Turin təmsilçisi danimarkalı forvardı yay transfer pəncərəsi heyətinə qatmaq üçün artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Transferin məbləğinin 50 milyon avro civarında ola biləcəyi qeyd edilir. Danimarkalı hücumçunun özü belə bir transferin əleyhinə deyil çünki futbolçu “qırmızı şeytanlar” layihəsində gələcək görmür.
Daha əvvəl "Napoli" Höylundla maraqlandığını bildirmişdi. Bu mövsüm forvard 34 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.