- Transfer
- 19:57 01.03.2025
"Bernli"nin qapıçısı Ceyms Trafford karyerasını başqa İngiltərə klubunda davam etdirə bilər.
90deqiqe.Az "Caughtoffside"yə istinadən xəbər verir ki, “Mançester Yunayted” qapıçı ilə müqavilə bağlamaqda maraqlıdır. 22 yaşlı qolkiper Andre Onananın əvəzedicisi kimi baxılır. Artıq tərəflər arasında ilkin danışıqlarda başlanılıb.
Kamerunlu 2024/2025 mövsümünün sonunda mankunian nəhəngini tərk edə bilər. “Qırmızı şeytanlar” Traffordla 5 illik müqavilə təklif etməyi planlaşdırır. “Nyukasl” qapıçı uğrunda mübarizədə “Mançester Yunayted”in rəqibi hesab olunur. Ceyms bu mövsüm Çempionşipdə 33 oyun keçirib və cəmi 9 qol buraxıb.