1 mart 2025. Şənbə

“Liverpul” A Seriyasında Salahın yerinə əvəzedici tapıb


  • Transfer
  • 15:12 01.03.2025
  • Oxunma sayı: 26
“Liverpul” A Seriyasında Salahın yerinə əvəzedici tapıb

"Komo"nun hücumçusu Assan Diau karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az "Caughtoffside"yə istinadən xəbər verir ki, "Liverpul" klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Məhəmməd Salahın yerinə oyunçu axtardığı üçün 19 yaşlı futbolçunun xidmətlərində maraqlıdır. Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

İspan vingerlə "Nyukasl" da maraqlanır. Bu mövsüm Diao Komoda 27 oyun keçirib, 7 qol vurub və komanda yoldaşları üçün 3 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə əmək müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir və futbolçunun dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Heysen "Real"a keçmək istəyir
  • Transfer
  • 15:47 01.03.2025
Heysen "Real"a keçmək istəyir