- Transfer
- 19:57 01.03.2025
"Arsenal" klubunun müdafiəçisi Vilyam Saliba karyerasını İspaniya çempionatında davam etdirə bilər.
90deqiqe.Az "Relevo"ya istinadən xəbər verir ki, Los Blancos fransalı futbolçunu transfer etməkdə maraqlıdır. Lakin Madrid nəhəngi Salibanı ya 2026-cı ilin yayında daha ucuz qiymətə almaq, ya da 2027-ci ilin iyununda azad agent kimi heyətinə qatmağı hədəfləyib.
Daha əvvəl mətbuatda "Real Madrid"in futbolçunu almağı planlaşdırdığı və onun üçün 80 milyon avro ödəməyə hazır olduğu haqda məlumatlar yayılmışdı.
Bu mövsüm 23 yaşlı müdafiəçi "topçular"ın heyətində Premyer Liqada 25 oyun keçirib və 2 qol vurub. Futbolçu Çempionlar Liqasında altı oyun keçirsə də, heç bir qol vura bilməyib. Müdafiəçinin "Arsenal"la müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.