14 dekabr 2025. Bazar günü

17 yaşlı futbolçu "Çelsi"yə keçir


  • Transfer
  • 19:57 01.03.2025
  • Oxunma sayı: 142
17 yaşlı futbolçu "Çelsi"yə keçir

"Korintians"ın müdafiəçisi Denner Evanqelista karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "mavilər"in 17 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla 15 milyon avro ödəməyə hazır olduğunu qeyd edib.

Futbolçu bu ilin yanvarından “Korintians”a məxsusdur. Qeyd edək ki, Evanqelista hələ böyüklərdən ibarət “Korintians” komandasında bir dəfə də olsun oyun keçirməyib. Futbolçu gənclərdən ibarət komandanın tərkibində 18 matçda iştirak edib və 4 qol vurub. "Çelsi" Premyer Liqanın cari mövsümünün 27 turunda 46 xal toplayıb və turnir cədvəlində 5-ci yerdədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində