3 mart 2025. Bazar ertəsi

"Mançester Yunayted"in baş məşqçisi Antoninin "Betis"dəki çıxışını dəyərləndirib


  • Transfer
  • 20:43 01.03.2025
  • Oxunma sayı: 52
"Mançester Yunayted"in baş məşqçisi Antoninin "Betis"dəki çıxışını dəyərləndirib

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim cinah hücumçusu Antoninin İspaniyadakı uğurlarından danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb.

"Onun icarədə daha yaxşı oynamasının bir çox səbəbi var. Amma sizə zəmanət verirəm ki, bu, fiziki aspektlə bağlıdır, Premyer Liqada intensivlik daha yüksəkdir"

Xatırladaq ki, braziliyalı futbolçu "Betis"ə icarəyə verilib, müqavilə mövsümün sonuna qədər qüvvədədir.

Antoni İspaniya klubunda altı oyun keçirib, üç qol vurub və komanda yoldaşları üçün iki məhsuldar ötürmə edib. Onun yayda dönəcəyi "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.







Transfer

"Arsenal" yeni hücumçu seçib
  • Transfer
  • 19:44 02.03.2025
"Arsenal" yeni hücumçu seçib