- Transfer
- 21:56 02.03.2025
Portuqaliyalı hücumçu Rafael Leau "Milan"ı tərk edə bilər.
90deqiqe.Az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "Çelsi" 25 yaşlı forvardın nümayəndələri ilə əlaqə saxlayıb. London klubu yay transfer pəncərəsi zamanı Leaunu transfer etməyi düşünür.
Nüfuzlu Transfermarkt portalının ekspertləri futbolçunu 75 milyon avro qiymətləndirib. Rafael Leaonun "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Bu mövsüm Leao 37 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.