3 mart 2025. Bazar ertəsi

"Atletiko" "Liverpul"un hücumçusunu hədəfə aldı


  • Transfer
  • 19:48 02.03.2025
  • Oxunma sayı: 49
"Atletiko" "Liverpul"un hücumçusunu hədəfə aldı

"Liverpul"un hücumçusu Luis Diaz karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, 28 yaşlı forvard ilə “Atletiko Madrid” maraqlanır. İspaniyanın top-klubunun rəhbərliyi kolumbiyalı forvardın alınması üçün 70 milyon avro ayırmağa hazırdır.

Onun Mersisayd nəhəngləri ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Cari İngiltərə çempionatında Luis 27 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. La Liqada 26 matçdan sonra 56 xalı olan "Atletiko Madrid" turnir cədvəlinə başçılıq edir.







Transfer

"Arsenal" yeni hücumçu seçib
  • Transfer
  • 19:44 02.03.2025
"Arsenal" yeni hücumçu seçib