- Transfer
- 17:14 03.03.2025
"İnter"in müdafiəçisi Federiko Dimarko İngiltərənin aparıcı klublarından birinin diqqət mərkəzinə düşüb.
90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı italiyalını sıralarına qatmaq istəyir. Dimarkonun transferi "qırmızı şeytanlar"ın yay transfer pəncərəsi üçün prioritet hədəfidir. Neradzurrilər futbolçu üçün 50 milyon avrodan az təklif etsələr, onu buraxmayacaqlar.
İtaliya çempionatının cari mövsümündə Federiko 24 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçinin əmək müqaviləsi 2027-ci ilin yayında başa çatır.