- Transfer
- 17:14 03.03.2025
"Arsenal"ın hücumçusu Qabriel Martinelli bu yay komandanı tərk edə bilər.
90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, 23 yaşlı forvardın xidmətində "Barselona" maraqlıdır.
Kataloniyalılar braziliyalı forvard üçün 45 milyon avro ödəməyə hazırdır, həmçinin oyunçularından birini də müqaviləyə daxil edir.
Martinelli 2024/25 mövsümündə "Arsenal"da 35 matçda iştirak edib. Onlarda braziliyalı yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. Qabriel zədə səbəbindən son bir neçə həftə yaşıl meydanlardan kənarda qalıb və aprelin əvvəlinə qayıdacağı gözlənilir. "Barselona"nın növbəti oyunu çərşənbə günü Çempionlar Liqasında "Benfika"ya qarşı olacaq.