- Transfer
- 17:14 03.03.2025
Səudiyyə Ərəbistanı klubları mövcud geniş maliyyə imkanlarından istifadə edərək, Avropadan ulduzları cəlb etməyə davam edəcək.
90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, “Əl-Hilal” gözünü “Liverpul”un yarımmüdafiəçisi Dominik Szoboşlaya dikib.
Səudiyyə təmsilçisi 24 yaşlı futbolçunu transferi üçün 120 milyon avro ödəməyə hazır olacaq.
"Liverpul" Szoboşlayanı öz sıralarında saxlamaq istəyir, lakin mersisaydlılar Səudiyyə Ərəbistanından gələn böyük təklifə məhəl qoya bilməyəcəklər.
2024/2025 mövsümündə Dominik Szoboşlaya 36 oyun keçirib, yeddi qol vurub və komanda yoldaşlarına altı məhsuldar ötürmə edib.