7 aprel 2026. Çərşənbə axşamı

Premyer Liqa klubu "Yuventus"un hücumçusu Vlahoviçə göz dikib


  • Transfer
  • 21:16 04.03.2025
  • Oxunma sayı: 166
Premyer Liqa klubu "Yuventus"un hücumçusu Vlahoviçə göz dikib

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Aston Villa"nın hədəfinə çevrilib. Bildirilir ki, Birmingem klubu Con Duranın gedişindən sonra yüksək səviyyəli hücumçu almaq istəyir.

İngiltərə klubu serb futbolçu üçün artıq agenti ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Duran, qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

Duşan Vlahoviçin "Yuventus"la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Nüfuzlu Transfermarkt portalı serb futbolçunu 60 milyon avro qiymətləndirir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi