- Transfer
- 13:43 05.03.2025
Komandanın ən bahalı oyunçularından biri olan “Sauthempton”un cinah oyunçusu Tayler Diblinq “Tottenhem”ə keçə bilər.
90deqiqe.Az " Tribal Football"a istinadən xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu transfer etmək üçün favoritdir, lakin hələ onun üçün tələb olunan 60 milyon avronu ödəməyə hazır deyil. Hazırda futbolçunun agenti və klubu ilə məbləği aşağl endirmək üçün danışıqlar davam etdirilir.
Diblinq bu mövsüm bütün turnirlərdə 28 matçda meydana çıxıb, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Diblinqin Sauthempton ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.