6 mart 2025. Cümə axşamı

"MY" "Barselona"nın oyunçusu üçün 80 milyon təklif etməyə hazırdır


  • Transfer
  • 13:43 05.03.2025
  • Oxunma sayı: 47
"MY" "Barselona"nın oyunçusu üçün 80 milyon təklif etməyə hazırdır

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, İngiltərə nəhənginin baş məşqçisi Ruben Amorim  21 yaşlı futbolçunu heyətində görməyi rəhbərlikdən istəyib.

"Mançester Yunayted" yarımmüdafiəçi ilə yay transfer pəncərəsində müqavilə bağlamağı planlaşdırır və o, klubun prioritet transfer hədəflərindən biridir.

Portuqaliyalı mütəxəssis bildirib ki, Kasado "qırmızı şeytanlar"ın yarımmüdafiə sahəsində bütün problemlərini həll edəcəyinə inanır və bu səbəbdən klub "Barselona"ya ilkin 80 milyon avroluq təklif hazırlayır. Bu təklifin “suları sınamaq” kimi qiymətləndirildiyi və bunun “Barselona”nın Kasadonun satışı ilə bağlı danışıqlara nə dərəcədə hazır olduğunu anlamağa imkan verəcəyi bildirilir.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer