- Transfer
- 10:48 06.03.2025
"Nürnberq"in hücumçusu Stefanos Tzimas karyerasını İngiltərədə davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun yeni iş yeri "Brayton"dur.
Futbolçu ilə uzunmüddətli əmək müqaviləsi imzalanıb. Müqavilə 2030-cu ilə qədər hesablanıb. Bu transfer "qağayılar"a 25 milyon avroya başa gəlib.
Qeyd edək ki, yunanlı futbolçu bu mövsümü "Nürnberq"də başa vuracaq. Tzimas ikinci Bundesliqanın cari mövsümündə 17 oyun keçirib. Hücumçu 10 qol vurub. O, komandanın bombardiridir.