22 aprel 2026. Çərşənbə

PSJ İsak üçün danışıqlara başlayıb


  • Transfer
  • 17:05 06.03.2025
  • Oxunma sayı: 135
PSJ İsak üçün danışıqlara başlayıb

"Nyukasl"ın hücumçusu Aleksandr İsak karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az "Topskills Sports"a istinadən xəbər verir ki, PSJ isveçli hücumçunun transferi ilə bağlı artıq "sağsağanlar"la danışıqlara başlayıb. Paris klubu İsakın transferi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

Fransa təmsilçisinin "Nyukasl"a Qonkalo Ramos, Marko Asensio və ya Randal Kolo-Muanini əvəzləyici olaraq təklif etməyə hazır olduğu bildirilir.

Bu mövsüm 25 yaşlı isveçli bütün turnirlərdə 31 matçda meydana çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt ekspertləri İsakın dəyərini 75 milyon avro qiymətləndirir.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro