- Transfer
- 23:28 06.03.2025
"Aston Villa"nın yarımmüdafiəçisi Ceykob Remzi karyerasını digər İngiltərə klubunda davam etdirə bilər.
90deqiqe.Az "Tribal Football"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferinə "Mançester Siti" maraq göstərir.
"Şəhərlilər" Remzini Cek Qrişin yerinə transfer etməyi nəzərdən keçirir, çünki Qrişin komandadan ayrılma ehtimalı var. Öz növbəsində, "Aston Villa" Ceykobu 60 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
Hazırkı mövsümdə Remzi Birmingem klubu üçün 32 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında mövcud müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır.