- Transfer
- 20:48 16.03.2025
"Arsenal" heyətini gücləndirmək üçün çalışır.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən verdiyi xəbərə görə, London klubu "Bavariya"nın cinah oyunçusu Leroy Saneni transfer etmək üçün səylərini artırıb.
29 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir, buna görə transfer pulsuz ola bilər. Lakin, digər klublar, o cümlədən "Nyukasl", Saneni öz sıralarında görmək istəyir və buna görə "Arsenal" rəqabətə girməli olacaq.
2016-2020-ci illərdə Leroy Sane artıq İngiltərədə "Mançester Siti"də çıxış edib. Premyer Liqada Sane 90 oyun keçirib, 25 qol vurub və komanda yoldaşlarına 29 məhsuldar ötürmə edib.