9 mart 2025. Bazar günü

"Mançester Yunayted" onun üçün danışıqlara başlayıb


  • Transfer
  • 17:22 08.03.2025
  • Oxunma sayı: 56
"Mançester Yunayted" onun üçün danışıqlara başlayıb

"Kristal Pelas"ın hücumçusu Jan-Philippe Mateti karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. 

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən verdiyi xəbərə görə, İngiltərə nəhəngi 27 yaşlı forvardı transfer etmək üçün klubu ilə danışıqlara başlayıb.

“Qartallar” “qırmızı şeytanlar”dan potensial transfer üçün 48 milyon avro istəyir.

Mateta bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Premyer Liqanın 27 turundan sonra aktivində 36 xal olan "Kristal Pelas" 12-ci pillədə qərarlaşıb. “Mançester Yunayted” 33 xal toplayıb və 14-cü yerdədir.







Transfer