14 dekabr 2025. Bazar günü

"Çelsi" yeni hücumçuya göz dikib


  • Transfer
  • 17:15 09.03.2025
  • Oxunma sayı: 151
"Çelsi" yeni hücumçuya göz dikib

Fransanın "Strasburq" klubunun hücumçusu Emanuel Emeqa İngiltərə Premyer Liqasında iş tapa bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Çelsi” klubu 22 yaşlı hücumçunu heyətinə qatmaqda maraqlıdır. Strasburq rəhbərliyi futbolçuya 22-25 milyon avro ödəniləcəyi təqdirdə danışıqlara hazırdır. Hücumçu 2028-ci ilin ortalarına qədər Fransa klubu qarşısında müqavilə öhdəlikləri ilə bağlıdır.

Bu mövsüm Emanuel Strasburqda 21 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Premyer Liqada 27 matçdan sonra "Çelsi" turnir cədvəlində 5-ci yerdədir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində