10 mart 2025. Bazar ertəsi

"Liverpul" Premyer Liqada Nunesin yerinə əvəzedici tapıb


  • Transfer
  • 17:21 09.03.2025
  • Oxunma sayı: 41
"Liverpul" Premyer Liqada Nunesin yerinə əvəzedici tapıb

"Brayton"un hücumçusu Joao Pedro karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Empire of the Kop"a istinadən verdiyi xəbərə görə, mersisaydlılar hücumçunu Darvin Nunezin əvəzedicisi kimi görürlər. Mümkün transfer məbləği 50 milyon avro olaraq qiymətləndirilir. “Liverpul”u Pedronun təkcə hücumun ucunda deyil, həm də cinahlarda oynaya bilməsi cəlb edir.

Bu mövsüm 23 yaşlı forvard "Brayton"da 24 oyun keçirib, 8 qol vurub və 7 dəfə komanda yoldaşlarına assistentlik edib. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir və Pedronun transfer dəyərini Transfermarkt 50 milyon avro olaraq qiymətləndirir.







Transfer