12 mart 2025. Çərşənbə

Salah "Barselona"ya keçə bilər


  • Transfer
  • 13:08 11.03.2025
  • Oxunma sayı: 38
Salah "Barselona"ya keçə bilər

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Sport Diario"ya istinadən verdiyi xəbərə görə,  İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq hücumçunun nümayəndələri futbolçunun xidmətini "Barselona"ya təklif ediblər.

Salah belə bir transfer xatirinə maaşının əhəmiyyətli dərəcədə azaldılmasını qəbul etməyə hazırdır. “Barselona” rəhbərliyi belə bir transferin tərəfdarıdır. Artıq futbolçunun agenti və Kataloniya təmsilçisi arasında danışıqlar da başlanılıb.

Bu mövsüm Salah mersisaydlıların heyətində 39 oyun keçirib, 30 qol vurub və komanda yoldaşları üçün 22 məhsuldar ötürmə edib. Onun "Liverpul"la müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir və futbolçunun transfer dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər