14 dekabr 2025. Bazar günü

Premyer Liqanın 4 klubu Rafinya ilə maraqlanır


  • Transfer
  • 22:05 11.03.2025
  • Oxunma sayı: 128
Premyer Liqanın 4 klubu Rafinya ilə maraqlanır

"Barselona"nın vingeri Rafinya İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın "Caught Offside"a istinadən verdiyi xəbərə görə, 28 yaşlı futbolçuya 4 ingilis klubu maraq göstərir: “Nyukasl”, “Arsenal”, “Liverpul” və “Mançester Yunayted”.

Bildirilir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta braziliyalının böyük fanatıdır və onu komandanı ciddi şəkildə gücləndirə biləcəyinə inanır. Bununla belə, “Mançester Yunayted” və “Liverpul” Rafinyanı transfer etmək üçün maliyyə cəhətdən daha yaxşı hazırlaşır.

Mersisayd klubu braziliyalını Məhəmməd Salahı əvəz edə biləcək oyunçu kimi görür.

Nüfuzlu Transfermarkt portalı Rafinhaya 80 milyon avro qiymət qoyub. Braziliyalı daha əvvəl İngiltərədə "Lids"də çıxış edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı