- Transfer
- 23:26 11.03.2025
"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts karyerasını "Mançester Siti"də davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən verdiyi xəbərə görə, "şəhərlilər"in nümayəndələri alman futbolçunun agenti ilə bu yay transferin reallaşması ilə bağlı danışıqlara başlayıb.
21 yaşlı yarımmüdafiəçi ilə "Bavariya" da maraqlanır. Bununla belə, “Mançester Siti” Virtsin transferi uğrunda mübarizədə Münhen klubu ilə rəqabət aparmağa hazırdır.
Bu mövsüm Florian bütün turnirlərdə 39 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.