- Transfer
- 23:26 11.03.2025
"Bayer Leverkuzen"in müdafiəçisi Ceremi Frimponq Almaniya klubundan ayrılmaq istəyir.
90deqiqe.Az-ın "Sky Sport"a istinadən verdiyi xəbərə görə, o, gələcək işi üçün mümkün variant kimi "Real Madrid" və "Barselona"nı nəzərdən keçirir.
Daha əvvəl bəzi Premyer Liqa klublarının futbolçu ilə maraqlandığı bildirilsə də, futbolçu özü bu variantları rədd edib. Futbolçu Premyer Liqada oynamaqdan imtina etməsinin əsas səbəbi kimi həddindən artıq sərtliyi göstərib.
Frimponq bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, üç qol vurub və on məhsuldar ötürmə edib. Onun Bayer ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. 24 yaşlı futbolçunun transfer dəyəri 50 milyon avrodur. Bayerin tərkibində hollandiyalı Almaniya çempionudur.