6 dekabr 2025. Şənbə

Kavani Bekhemin klubuna keçir


  • Transfer
  • 14:29 18.08.2019
  • Oxunma sayı: 474
Kavani Bekhemin klubuna keçir

PSJ-nin hücumçusu Edinson Kavani karyerasını ABŞ-da davam etdirə bilər.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu  Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçməyə razılıq verib. Uruqvaylı futbolçunun ABŞ klubu ilə 3 illik müqavilə ilə razılaşdığı və gələn ildən sözügedən klubda çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, “İnter Mayami” 2020-ci ildən MLS-də oynayacaq.







Transfer