24 iyun 2026. Çərşənbə

“Mançester Yunayted”i İspaniya nəhənginə dəyişə bilər


  • Transfer
  • 20:33 15.03.2025
  • Oxunma sayı: 215
“Mançester Yunayted”i İspaniya nəhənginə dəyişə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Alexandro Qarnaço İspaniya çempionatına keçə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 20 yaşlı futbolçu ilə "Atletiko Madrid" maraqlanır. Tərəflər arasında ilkin danışıqlar başlayıb.

"Qırmızı şeytanlar"ın cinah oyunçusunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.

Alexandro "mankunianlılar"la 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə bağlayıb. Qarnaço bu mövsüm İngiltərə Premyer Liqasında 27 matçda iştirak edib. Argentinalı cinah oyunçusu üç qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Salah “İnter”ə keçə bilər
  • Transfer
  • 00:45 24.06.2026
Salah “İnter”ə keçə bilər