18 mart 2025. Çərşənbə axşamı

Poqba iki klub arasında seçim edir


  • Transfer
  • 21:28 17.03.2025
  • Oxunma sayı: 31
Poqba iki klub arasında seçim edir

"Yuventus" və "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Pol Poqbanın yaxın vaxtlarda gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi "İnter Mayami" və "Atletiko Madrid" arasında seçim edir. Antidopinq qaydalarını pozduğuna görə bütün diskvalifikasiyasını başa vurmuş Poqba uğrunda yarışda hər iki klub mübarizə aparır.

Qeyd olunur ki, fransalının qərarı yaxın həftələrdə gözlənilir.

Pol Poqbanın son klubu 2022-2024-cü illərdə çıxış etdiyi "Yuventus" olub. Yarımmüdafiəçi daha əvvəl İngiltərənin "Mançester Yunayted" klubunda da çıxış edib.







Transfer

İsak “Barselona”lı olacaq
  • Transfer
  • 18:26 16.03.2025
İsak “Barselona”lı olacaq