- Transfer
- 16:38 18.03.2025
"Flamenqo"nun sağ cinah müdafiəçisi Uesli Vinisius Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın “UOL Esporte”yə istinadən verdiyi xəbərə görə, 21 yaşlı futbolçunun xidmətində "Liverpul"la yanaşı "Barselona" da maraqladır. Hər iki klub braziliyalı futbolçunun yay transfer pəncərəsində heyətinə qatmaq üçün agenti ilə danışıqlara başlayıb.
Potensial transferin dəyəri 30-35 milyon avro qiymətləndirilir. Ueslinin "Flamenqo" ilə müqaviləsi 2028-ci ilin sonuna kimidir. Futbolçu “qırmızı-qaralar”ın əsas heyətində 117 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib. Zenit bundan əvvəl müdafiəçiyə iddialılar arasında idi. Uesli Braziliya yığmasının heyətində martın 21-də Kolumbiyaya qarşı 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində debüt edə bilər.