18 mart 2025. Çərşənbə axşamı

İngiltərə nəhəngləri “Barselona”nın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 14:56 18.03.2025
  • Oxunma sayı: 29
İngiltərə nəhəngləri “Barselona”nın futbolçusunu transfer etmək istəyir

"Barselona"nın vingeri Rafinya karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "Liverpul" 28 yaşlı yarımmüdafiəçinin transferini rəsmiləşdirmək istəyir.

Mersisaydlılar braziliyalı futbolçu üçün Premyer Liqanın digər nəhəngi “Mançester Yunayted”lə yarışmağa hazırdır.

Rafinyanın transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. Braziliyalı ilə "blauqrana"nın hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatır. Cinah oyunçusu bu mövsüm La Liqada 27 matçda iştirak edib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.







Transfer