- Transfer
- 16:38 18.03.2025
"Cenoa"nın müdafiəçisi Koney de Vinter "Mançester Yunayted"in radarına düşüb.
90deqiqe.Az-ın "CaughtOffside"a istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır və yay transfer pəncərəsində futbolçunu transfer etməyi planlaşdırır. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Müqavilənin təxminən 30-35 milyon avro dəyərində ola biləcəyi iddia edilir.
2024-cü ilin yayında “Cenoa” de Vinteri “Yuventus”dan 8 milyon avroya alıb. Bu mövsüm müdafiəçi İtaliya çempionatında 17 matçda meydana çıxıb və 3 qol vurub. De Vinterin "Cenoa" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.