3 iyul 2026. Cümə

Van Deyk Ronaldo və Messi liqaları arasında seçim edir


  • Transfer
  • 16:38 18.03.2025
  • Oxunma sayı: 178
Van Deyk Ronaldo və Messi liqaları arasında seçim edir

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk 2024/2025 mövsümünün sonunda komandanı tərk edə bilər.

90deqiqe.Az-ın "Get French Football News"a istinadən verdiyi xəbərə görə, niderlandlı futbolçu Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərə baxmayaraq, MLS-ə transfer olmağa meyl edir.

Van Deykin Mersisayd nəhəngi ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Daha əvvəl "Bavariya"nın təcrübəli müdafiəçi ilə müqavilə imzalamaqdan imtina etdiyi bildirilirdi. Vircil cari mövsümdə "Liverpul"un heyətində 41 oyuna çıxıb. Niderlandlı üç qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır