19 mart 2025. Çərşənbə

"Bavariya" "Mançester Yunayted"in futbolçusu üçün 100 milyon avro ödəyə bilər


  • Transfer
  • 14:30 19.03.2025
  • Oxunma sayı: 12
"Bavariya" "Mançester Yunayted"in futbolçusu üçün 100 milyon avro ödəyə bilər

"Betis"də icarə əsasında çıxış edən "Mançester Yunayted"in vingeri Antoni karyerasını "Bavariya"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “Bavariya” İspaniyaya köçdükdən sonra əla oyun nümayiş etdirən 25 yaşlı futbolçunun tam transfer imkanını nəzərdən keçirir.

Müqavilənin təxminən 101 milyon avro dəyərində olduğu bildirilir.

Antoni  "Betis" forması ilə 11 matçda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, braziliyalının dəyəri 20 milyon avrodur.







Transfer