- Transfer
- 22:23 19.03.2025
"Liverpul" hücumçusu Luis Diası satmağa hazırlaşır
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, Mersisaydlıların baş məşqçisi Arne Slot futbolçunun satışına şəxsən razılıq verib.
Təcrübəli futbolçuya əsas namizəd İspaniyanın “Barselona”sıdır. PSJ, "Mançester Siti", "Milan" və Səudiyyə Ərəbistanı klubları da forvardı öz sıralarında görmək istəyir.
Futbolçunun hazırkı müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq.
Bu mövsüm kolumbiyalı bütün klub yarışlarında 42 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. 28 yaşlı futbolçunun transfer dəyəri 85 milyon avrodur.
Yada salaq ki, “Liverpul” Premyer Liqaya inamla başçılıq edir, lakin Çempionlar Liqası və İngiltərə Kubokundan kənarda qalıb və bu yaxınlarda Liqa Kubokunun finalında “Nyukasl”a uduzub.