- Transfer
- 22:23 19.03.2025
"Bavariya"nın yarımmüdafiəçi Leroy Sane İspaniya çempionatında çıxış edə bilər.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, alman yarımmüdafiəçi "Barselona"nın diqqət mərkəzinə düşüb.
"Mavi qranatlar" hücum cinahı üçün oyunçu axtarır. Kataloniya təmsilçisi "Bavariya" ilə müqaviləsi gələn ilin yayında başa çatacağı üçün Leroyu pulsuz transfer etmək niyyətindədir. Tərəflər arasında artıq danışıqlarda başlanılıb.
O, 2020-ci ildən Münhen komandasında çıxış edir. 29 yaşlı vinger cari Bundesliqa mövsümündə 22 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.