14 dekabr 2025. Bazar günü

"Liverpul"un forvardı "Arsenal"a keçə bilər


  • Transfer
  • 22:23 19.03.2025
  • Oxunma sayı: 145
"Liverpul"un forvardı "Arsenal"a keçə bilər

"Liverpul"un hücumçusu Darvin Nunes mövsümün sonunda klubunu dəyişərək "Arsenal" klubuna keçə bilər.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, mersisaydlılar 25 yaşlı futbolçu ilə növbəti mövsümü hesablamadığı üçün forvard yayda komanda dəyişə bilər.

"Arsenal" uruqvaylı futbolçunu transfer etmək üçün əsas namizəd hesab olunur. "Topçular" uruqvaylı üçün təxminən 50 milyon avro ödəməli olacaq.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının Darvinə maraq göstərməsi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, bu mövsüm Darvin Nunes “Liverpul”un heyətində İngiltərə çempionatında 23 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı