5 aprel 2025. Şənbə

De Bruyne "Mançester Siti"ni İspaniya nəhənginə dəyişə bilər


  • Transfer
  • 14:34 20.03.2025
  • Oxunma sayı: 56
De Bruyne "Mançester Siti"ni İspaniya nəhənginə dəyişə bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne cari mövsümün sonunda komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi ilə "Atletiko Madrid" maraqlanır.

“Döşək istehsalçıları” ulduz futbolçunu pulsuz almaq istəyir, çünki belçikalının “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatır. Artıq futbolçunun agenti ilə danışıqlar da başlanılıb.

Kevin 2015-ci ildən İngiltərənin top klubunda çıxış edir. Yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyun keçirib. De Bruyne iki qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer