- Transfer
- 21:02 26.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Liverpul" hücumçusu Məhəmməd Salahın mümkün gedişini nəzərə alaraq heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, "qırmızılar"ın transfer hədəfi "Atletiko Madrid"in hücumçusu Julian Alvaresdir. "Liverpul" argentinalı forvardın transferi üçün 100 milyon avrodan çox təklif etməyə hazırdır.
Mersisaydlılar Julianın komandanın hücum xəttinin lideri ola biləcəyinə inanırlar.
Əvvəllər İngiltərədə Julian Alvares “Mançester Siti”də çıxış edirdi. Argentinalı ötən yaydan “Atletiko”da çıxış edir. Bu mövsüm 44 matçda Alvares 23 qol vurub və 5 məhsuldar ötürmə edib.