- Transfer
- 20:45 27.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"İnter Mayami"nin hücumçusu Lionel Messi Avropada oynaya bilər.
90deqiqe.Az-ın “TNT Sports”a istinadən verdiyi məlumata görə, “Barselona” argentinalı ulduzu yenidən sıralarına qaytarmaq üzərində işləyir.
Katalonların planı Messinin 2026/2027 mövsümü başlamazdan əvvəl komandaya qayıtmasıdır.
Ancaq “Barselona”nın 37 yaşlı futbolçunun geri dönüşü üçün danışıqları çətin olacaq. Kataloniya klubunun çətin maliyyə vəziyyəti hələ də problem olaraq qalır.
Hazırda Leo Messi "İnter Mayami"ni təmsil edir, ulduz oyunçunun müqaviləsi 2025-ci ilin sonuna qədərdir. Xatırladaq ki, Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılmışdı. Həmin vaxt “mavi qranatlar” maliyyə problemləri üzündən ulduza yeni müqavilə təklif edə bilməyib.