- Transfer
- 22:05 26.12.2025
"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund yay transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın " TBR Football"a istinadən verdiyi xəbərə görə, hazırda 22 yaşlı forvardın xidmətində üç klub maraqlıdır. Söhbət Almaniyanın "Bayer" və "Leypsiq"lə yanaşı İtaliyanın "Yuventus" klubundan gedir.
Sözügedən klublar artıq danimarkalı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Bu mövsüm hücumçu bütün turnirlərdə 39 matçda iştirak edib, 8 qol vurub və iki məhsuldar ötürmə edib. Höylundun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.