- Transfer
- 22:05 26.12.2025
"Liverpul" yay transfer pəncərəsində "İnter"in müdafiəçisi Stefan de Vriji transfer edə bilər.
90deqiqe.Az-ın "TuttoJuve"yə istinadən verdiyi xəbərə görə, Mersisayd klubu Niderland millisində Vircil van Deykin komanda yoldaşı olan futbolçu üçün artıq danışıqlara başlayıb.
Müdafiəçinin müqaviləsi iyunun sonuna qədərdir, baxmayaraq ki, "neradzurri"nin müqaviləni daha bir mövsüm uzatmaq imkanı var. Nüfuzlu Transfermarkt portalı De Vriji 7 milyon avro qiymətləndirir.