20 aprel 2025. Bazar günü

PSJ Ukrayna millisinin müdafiəçisini transfer etməkdə israrlıdır


  • Transfer
  • 23:46 21.03.2025
  • Oxunma sayı: 66
PSJ Ukrayna millisinin müdafiəçisini transfer etməkdə israrlıdır

"Bornmut"un müdafiəçisi İlya Zabarnyinin Fransa çempionatına keçmək imkanı var.

90deqiqe.Az-ın məlumatına görə, PSJ hələ də Ukrayna millisinin üzvünün transferini başa çatdırmaq istəyir.

Komandanın baş məşqçisi Luis Enrike onunla şəxsən maraqlandığından, 22 yaşlı futbolçunun transferi yayda baş tuta biləcəyi gözlənilir.

Daha əvvəl məlumat yayılmışdı ki, Paris komandasının heyətində rusiyalı qapıçı Matvey Safonov çıxış etdiyi üçün Zabarnı PSJ-yə keçməkdən imtina edib.

İlya cari mövsümdə Premyer klubunun heyətində 29 matçda iştirak edib.







Transfer