- Transfer
- 22:05 26.12.2025
"Liverpul"un hücumçusu Dioqo Jota komandanı tərk edə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən verdiyi xəbərə görə, Mersisayd təmsilçisinin rəhbərliyi portuqaliyalıya yeni müqavilə təklif etmək fikrində olmadıqlarına işarə edib. Jota karyerasını İngiltərə çempionatında başqa top komandada davam etdirə bilər. "Arsenal" klubu 28 yaşlı hücumçunun xidmətində maraqlıdır. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.
Futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Dioqo cari mövsümdə "Liverpul"un heyətində 29 matçda iştirak edib. Hücumçu 8 qol vurub və 3 məhsuldar ötürmə edib.