14 dekabr 2025. Bazar günü

"Barselona" onu Premyer Liqaya buraxmağa hazırdır


  • Transfer
  • 20:11 22.03.2025
  • Oxunma sayı: 123
"Barselona" onu Premyer Liqaya buraxmağa hazırdır

"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə,  Torreslə üç ingilis klubu maraqlanır: "Mançester Yunayted", "Liverpul" və "Aston Villa".

“Barselona” 40 milyon avroluq təklif alacağı təqdirdə futbolçunu buraxmağa hazır olsa da, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik isə ispaniyalını saxlamaq istəyir.

Bildirilir ki, "Barselona" Torresin satışından əldə etdiyi pulu "Atletik Bilbao"nun vingeri Niko Uilyamsı almaq üçün istifadə etmək niyyətindədir.

Bu mövsüm 25 yaşlı Torres bütün turnirlərdə 32 matçda meydana çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı