6 aprel 2026. Bazar ertəsi

"Çelsi" Vinisiusu transfer etmək istəyir


  • Transfer
  • 20:54 22.03.2025
  • Oxunma sayı: 159
"Çelsi" Vinisiusu transfer etmək istəyir

"Real Madrid"in hücumçusu Vinisius Junior "Çelsi"nin diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın "TBR Football"a istinadən verdiyi xəbərə görə, London klubu çoxdan braziliyalını transfer etmək arzusunda olub və Vinisius  "Real"dan ayrılmağa hazır olsa, ingilis nəhəngləri bundan yararlanmağa çalışacaq.

Klub hesab edir ki, Vinisiusun özü də Premyer Liqada oynamaqda maraqlıdır.

Səudiyyə Ərəbistanının da futbolçunu almaq cəhdlərini davam etdirdiyi, o da öz növbəsində Los Blancos ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar apardığı vurğulanır.

Bu mövsüm 24 yaşlı Vinisius bütün turnirlərdə 39 oyun keçirib, 18 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi