3 iyul 2026. Cümə

Üç top klub kamerunlunu almaq istəyir


  • Transfer
  • 21:39 22.03.2025
  • Oxunma sayı: 136
Üç top klub kamerunlunu almaq istəyir

"Brentford" klubunun vingeri Brayan Mbeumo yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən verdiyi xəbərə görə, 25 yaşlı futbolçunun xidmətində İngiltərə Premyer Liqasının üç klubu maraqlanır: “Nyukasl”, “Arsenal” və “Liverpul”.

Bütün bu klublar kamerunlu üçün yay transferi imkanlarını nəzərdən keçirir. Hər üç klub artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Mbeumo bu mövsüm bütün turnirlərdə 33 matçda 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Mbeumonun "Brentford"  ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır