3 iyul 2026. Cümə

"Mançester Yunayted" fransalı hücumçu ilə müqavilə bağlaya bilər


  • Transfer
  • 22:27 22.03.2025
  • Oxunma sayı: 171
"Mançester Yunayted" fransalı hücumçu ilə müqavilə bağlaya bilər

"Mançester Yunayted" heyətini gücləndirmək variantlarını araşdırır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” yayda hücumçu Matis Teli transfer edə bilər.

"Mançester Yunayted" tərəfi qışda fransız oyunçuya maraq göstərmişdi, lakin 19 yaşlı futbolçu sonda satın alma opsiyonu ilə icarə əsasında "Bavariya"dan "Tottenhem"ə keçib.

Buna baxmayaraq, gənc futbolçu gələcəkdə “Mançester Yunayted”ə keçmək variantında maraqlıdır.

Nüfuzlu Transfermarkt portalının ekspertləri Matis Theli 40 milyon avro qiymətləndirirlər. Fransız "Tottenhem"in heyətində 7 oyun keçirib və 1 qol vurub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır