7 aprel 2025. Bazar ertəsi

Keyn "Bavariya"nı bu kluba dəyişə bilər


  • Transfer
  • 19:03 23.03.2025
  • Oxunma sayı: 53
Keyn "Bavariya"nı bu kluba dəyişə bilər

"Bavariya"nın hücumçusu Harri Keyn karyerasını bitirmək istədiyi cari mövsümün sonunda İngiltərə Premyer Liqasına qayıtmaq variantını ciddi şəkildə düşünür.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, ingilis forvardla müqavilə imzalamaq üçün favorit "Liverpul"dur. Mersisaydlıların İngiltərə millisinin kapitanına iddialı layihə, sıx bağlı komanda və real ambisiyalar təklif edə biləcəyi vurğulanır.

Eyni zamanda, "Bavariya" güclü danışıqlar mövqeyindədir, çünki Keynin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər davam edir. Bununla belə, futbolçunun İngiltərəyə qayıtmaq istəyi həlledici ola bilər.

Keyn "Bavariya"ya 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Bu mövsüm o, bütün turnirlərdə 37 oyun keçirib, 32 qol vurub və 11 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.







Transfer