6 aprel 2025. Bazar günü

“Mançester Yunayted” Onananı Səudiyyə Ərəbistanına satmağa hazırdır


  • Transfer
  • 21:07 23.03.2025
  • Oxunma sayı: 62
“Mançester Yunayted” Onananı Səudiyyə Ərəbistanına satmağa hazırdır

“Mançester Yunayted”in qapıçısı Andre Onana mövsümün sonunda klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi xəbərə görə, "qırmızı şeytanlar" 28 yaşlı futbolçunu yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı komandalarından birinə satmağa hazırdır.

Mançester klubu kamerunlunun yerinə "Lill"dən fransalı qapıçı Lukas Şevalyeri transfer edə bilər.

"Mankunianlılar" bu qapıçı üçün təxminən 45 milyon avro ödəməli olacaqlar. "Şeytanlar" Şevalyerdən başqa, "Antverpen"dən Senn Lammens də almaq variantını nəzərdən keçirir.

 Xatırladaq ki, Andre Onana bu mövsüm İngiltərə çempionatında "Mançester Yunayted"in heyətində 29 oyun keçirib, bunun 8-də qapısını təmiz saxlaya bilib.







Transfer